
Suriyadakı cihad qruplaşmalarının tərkibində 6 minə yaxın avropalı döyüşür. Bu məlumatı ədliyyə məsələləri üzrə avrokomissar Vera Yourova açıqlayıb. Onun sözlərinə görə, Suriyaya yollanan avropalıların arasında qadınlar da var: «Bu ilin fevral ayında Londondan olan üç yeniyetmə qız əvvəlcə Türkiyəyə, oradan da Suriyaya gedərək «İslam dövləti» silahlı qruplaşmasına qoşulub».
Avrokomissar avropalıların Suriyaya bu məqsədlə gedişini əngəlləmək üçün bütün zəruri tədbirlərin görüldüyünü də bildirib.
Gültəkin