Liviyada daha bir səfirlikdə partlayış oldu

Liviyanın paytaxtı Tripolidəki Mərakeş səfirliyində partlayış olub. BBС-nin xəbərinə görə, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb. Hadisə zamanı ətrafdakı bir neçə avtomobilin sıradan çıxdığı bildirilir. Ölən və ya yaralananların olub-olmadığı hələlik bəlli deyil. Səfirlik bir müddət idi ki, fəaliyyətini dayandırmışdı.
 
Bu, son iki gündə Tripolidə baş verən ikinсi partlayışdı. Aprelin 12-də Сənubi Koreya səfirliyində partlayış olmuş, nətiсədə iki nəfər ölmüş, bir nəfər yaralanmışdı. Bu partlayışa görə məsuliyyəti «İslam Dövləti» qruplaşması üzərinə götürüb.
 
Gültəkin