Rus gəmiləri Bakı limanında

Rusiya Xəzər dənizində irimiqyaslı təlimə başlayır. Təlimdə "Qrad Sviyajsk", "Uqliç" , "Volqodonsk" və "Mahaçqala" gəmiləri iştirak edəcək.

Təlimdə hərbi gəmilər müxtəlif manevrləri yerinə yetirərək, döyüş hərəkətlərini icra edəcəklər. Onar hava və sudakı hədəflərə artileriya atəşi açacaqlar.

Hərbi təlimlər çərcivəsində iyun ayında Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri Bakı və Aktau limanına daxil olacaqlar.

Xatırladaq ki, fevral ayında da Xəzər dənizində Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının təlimləri baş tutub.

Təlimlərdə təxminən 600 hərbi qulluqçu və 40-dan çox xüsusi texniklər cəlb edilib.

Təlimlər çərçivəsində Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının döyüş hazırlığı yoxlanılıb. Təlim 3 gün davam edib (ans press).