ABŞ Rusiyanı xəbərdar etdi

Keçən həftə Rusiyaya məxsus SU-27 döyüş təyyarəsinin Baltik dənizi üzərində kəşfiyyat  uçuşu keçirən RC-135U tipli Amerika təyyarəsinə yaxınlaşması iki ölkə arasında qalmaqala səbəb olub. ABŞ Rusiyanın bu hərəkətini "Təhlükəli və peşəkarlıqdan uzaq" addım kimi dəyərlənidirib. Pentaqon sözçüsü Mark Rayt:  "Havada peşəkarlıqdan uzaq  hərəkətlər, hadisənin içində olan bütün təyyarə heyətinə  ciddi təhlükə yaradır. Daha əhəmiyyətlisi, bir pilotun diqqətsiz hərəkətləri, ölkələr arasında  münasibətlərin gərginləşməsinə də səbəb olur”,-deyə Pentaqon sözçüsü bildirib.

azadliq.info