Yüzlərlə sakin İŞİD-ə görə Ramadidən qaçır

İraqda son 3 gün ərzində İŞİD silahlıların hücumuna məruz qalan Ramadi şəhərini yüzlərlə yerli sakin tərk edib.
 
ANS PRESS-in məlumatına görə, terrorçular ölkənin qərbindəki Anbar vilayətinin paytaxtı olan Ramadinin şəhərətrafı və şimal məhəllələrini ələ keçiriblər.
 
ABŞ başda olmaqla koalisiya qüvvələri terrorçuların hücumunun qarşısını almaq üçün, İŞİD mövgelərini atəşə tutub. İŞİD silahlıları isə Tikrit şəhərindən geri çəkiləndən sonra təşəbbüsü ələ keçirməyə çalışırlar. Artıq Anbar vilayətinin böyük bir hissəsi terrorçuların nəzarəti altındadır.
 
Qeyd edək ki, bundan əvvəl Ramadi şəhəri bir neçə dəfə İŞİD döyüşçüləri tərəfibdən tutulsa da, sonradan onlar şəhərdən geri çəkilməli olublar.