Balotelli “Liverpul”dan gedir

"Liverpul" cari mövsümün sonunda hücumçusu Mario Balotelli ilə yollarını ayırmaq qərarına gəlib. Bu haqda "Daily Express" xəbər yayıb.
Buna səbəb Afrikal mənşəli italyan futbolçunun ona bəslənilən ümidləri doğrultmamasıdır. Bu mövsüm “Liverpul”da 25 rəsmi oyuna çıxan italiyalı forvard cəmi 4 qol vurub. İngilisləri də elə bu qane etmir.
Qeyd edək ki, ötən yay 20 milyon avro qarşılığında "Milan"dan transfer edilən 25 yaşlı futbolçu ABŞ-ın "Orlando Siti" klubundan təklif alıb (virtualaz.org).