“Metropark”da qaz sızması: 20-dən çox insan zəhərləndi

Bakının “Metropark” ticarət mərkəzində fövqəladə hadisə baş verib.

Blogger B.Hacıyevin virtualaz.org saytına verdiyi məlumata görə, "Nərimanov" metrosunun yaxınlığında yerləşən ticarət mərkəzinin binasında qaz sızması müşahidə edilib, nəticədə bura əylənməyə və alış-verişə gələnlər arasında zəhərlənənlər olub. Hadisə yerinə təcili yardım briqadaları çağırılıb. FHN əməkdaşları da oradadır.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ticarət mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib.

15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə yerində yardım göstərilib.