Günəşdən unikal görüntülər VİDEO

Günəş haqqında çəkilən unikal video insanların böyük marağına səbəb olub. Hazırlanan videonun müəllifi alman rejissor, "Kosmosdan Yer" elmi-sənədli filminin müəllifi Maykl Keniqdir.

Onun çəkdiyi yeni videoda Günəşdə son 4 il ərzində baş verən əsas hadisələr və proseslər öz əksini tapıb.

Maykl Keniq videonun hazırlanması üçün Amerika Milli Kosmik Agentliyi olan NASA-ya məxsus laboratoriyanın video yazılarından və şəkillərindən istifadə edib.

Həmin video sayəsində Günəşdə plazma püskürmələri, koronal yağış və başqa hadisə və prosesləri müşahidə etmək olar (ans press).