Papa “erməni soyqırımı” haqda elə danışdı ki…

Katoliklərin dini lideri Papa Fransisk qondarma erməni soyqrımının 100 iliyi ilə bağlı Vatikanda ayin təşkil edib. Saat yarım davam edən mərasimə Ermenistan prezidenti Serj Sarkisyan, dünya ermənilərinin dini lideri katolikos II Qaragin və Kilikya katolikosu I Aram da qatılıb. Papa ayin zamanı etdiyi çıxışda, "soyqırım" kəlməsini işlədib.

Amma bunu özünün və ya Vatikanın mövqeyi kimi ifadə edib-etmədiyini gizlədib. “Ötən əsrdə bizim bəşəriyyət presidenti olmayan 3 kütləvi faicə yaşayıb. Onlardan birincisi çoxluq tərəfindən “20-ci əsrin ilk soyqırımı” adlandırılır, erməni xalqının başına gəlib” – deyə o, bildirib.

Fransisk illər öncə papa olmuş II Con Paulun bəzi fikirlərini təkrarlayb. "Pis əməli gizləmək, yaxud inkar etmək ona bənzəyir ki, yaranı sarımayasan, qan da axmağa davam eləsin”, – deyə o, qeyd edib.

Papa 20-ci əsrin digər iki böyük faciəsi kimi nasizm və stalinizmin adını çəkib. Bundan başqa o, son onilliklərdə Kamboca, Ruanda, Burundi və Bosniyada da kütləvi qırğınların törədildiyini qeyd edib. “Bəşəriyyət günahsız insanların qanının axıdılmasına son qoymaqda acizdir", – deyə Papa təəssüf edib.

Xatırladaq ki, Papa Ərdoğanın yeni sarayının ilk qonağı olmuşdu. Bundan başqa, təxminən bir ay öncə Azərbaycan prezidenti İlham Əliyevin də Vatikanda Papa ilə görüşü olmuşdu. 

azadliq.info