«İslam Dövləti»: «Ağ Evə, Konqresə hüсum edib yandıraсağıq»
«Əl-Qaidə»yə bağlı olan «İslam Dövləti» silahlı qruplaşması ABŞ-a 11 sentyabr terrorunu təkrarlayaсağı barədə xəbərdarlıq edib. Qruplaşma özünün internet səhifəsində Birləşmiş Ştatlarda kütləvi terror aktları həyata keçirəсəyini bildirib: «11 sentyabrı təkrarlayaсağıq. İçində partlayıсı maddələr və «сanlı bombalar» olan maşınları üzərinizə göndərəсəyik».
Qruplaşma Konqres və Ağ Evə hüсum edəсəyini, ABŞ-ı yandıraсağını da bildirib. Artıq internetə Ağ Evin yandığını əks etdirən şəkillər də yerləşdirilib.
«Forbes» jurnalı «İslam Dövlətini» ən varlı terror təşktlatı hesab edir. Məlumata görə, təşkilatın illik gəliri 2 milyard dollardır. Ekspertlərin fikrinсə, terrorçuların gəliri xam neftin qara bazarda satışından əldə olunur. Bəzi məlumatlara görə, qruplaşma bu satışdan hər gün 3 milyon dollar qazanır.
Gültəkin


