Hakerlər aviaşirkətin kompüter sistemini sındırdı, müştərilərin məlumatları ələ keçirildi
Almaniyanın hava yolu şirəkti «Lufthansa»nın kompüter sisteminə kiberhücum olub. «Spiegel»in yazdığına görə, hakerlər şirkətin müştərilirinə məxsus bütün məlumatları ələ keçiriblər. «Lufthansa» xəbəri təsdiqləyərək problemin həlli üçün operativ tədbirlər gördüyünü açıqlayıb. Şirkətdən onu da bildiriblər ki, anoloji hal iki həftə əvvəl Britaniyanın hava yolu şirkəti «British Airways»in də başına gəlib.
Qeyd edək ki, son vaxtlar «Lufthansa» ilə bağlı ardıcıl problemlər yaşanır. Fransada baş verən və 150 sərnişinin ölümü ilə nəticələnən qəza, ardından şirkətə məxsus təyyarənin Frankfurtdan Mayamiyə uçarkən qəza enişi etməsi tanınmış şirkətin nüfuzunu zədələyib.
Gültəkin


