Yanğında 12 nəfər xəsarət alıb, 3 nəfər xəstəxanaya yerləşdirilib

Ötən gecə Xətai rayonunda hündürmərtəbəli binada baş verən dəhşətli yanğında ümumilikdə 12 nəfər təcili yardıma müraciət edib. Lent.az-ın məlumatına görə, onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfər topuq nahiyəsində travma ilə 3 saylı şəhər xəstəxanasına, 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdirilib. 
 
Hadisə zamanı nevrotik reaksiya verən, stress keçirən vətəndaşlara da təcili tibbi yardım göstərilib.