Elmlər namizədi ittiham edir

Rahib Zeynalov vaxtilə çalışdığı Elmi Tədqiqat İnstutunda qanunsuzlaq baş verdiyini deyir
 

“Neftin, qazın geotexnoloji problemləri və Kimya"Elmi Tədqitat İnstitunun ("NQGP və K" ETİ) dissertasiya şöbəsinin sabiq elmi katibi, Rusiya Federasiyasının Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, texniki elmlər namizədi dosent Rahib Zeynalov "Azadlıq"a müraciət edib. Rahib Zeynalov vaxtilə çalışdığı "NQGP və K" ETİ-nin rəhbərliyindən şikayətçidir. Dosent iddia edir ki, adiçəkilən institutda bir sıra qanunsuzluqlar baş verib. Rahib Zeynalovun müraciətini ixtisarla təqdim edirik: "Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində 1992-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsis olunan "NQGP və K" ETİ əsasən “Yer elmləri” və qismən texnika elmləri sahələri üzrə ixtisaslaşıb. İnstitut aşağıdakı struktura malikdir. 
091 – “İdarə aparatı”;
092 – “Maili və horizontal quyuların qazılmasının texnika və texnologiyası” problem laboratoriyası;
093 – “Neft hasilatının texnika və texnologiyası” p/ l;
094 – “Lay-karbohidrogen sistemlərinin qazotermodinamik tədqiqatı” p/ l;
095 – “Neft hidravlikası” p/ l;
096 – “Neftlərin fizikası və kritik hadisələrin termodinamikası” p/ l;
097 “Quruda və dənizdə Neft avadanlıqlarının işinin etibarlılığı, səmərəliliyi” p/ l;
098 – “Neft emalında kataliz” p/ l;
099 – “Kimyəvi sensorlar və reaktivlər”p/ l;
100 – “Dəniz Neft yataqlarının işlənməsi” p/ l;
101 – “Holloid üzvi birləşmələr” p/ l;
Beləliklə, struktur analizindən görünür ki, ADNA-nın nəzdindəki “NQGP və K” ETİ nəinki Azərbaycanda, hətta dünyada analoqu olmayan bir strukturda fəaliyyət göstərir. Məlum olur ki, 01.01.2013 tarixə institutda işləyənlərin 191 nəfərindən 98 nəfəri (51%) 0,5 ştatda fəaliyyət göstərir ki, bu da AR ƏM-nə kökündən ziddir. Yuxarıda göstərilən və problem laboratoriya adlanan laboratoriya müdirləri, baş elmi işçiləri, elmi işçilərinin heç birinin vəzifə təlimatları, fərdi, cari  və perspektiv planları yoxdur. Hər işçi özünə məxsus olan və ya olmayan işlərlə məşğuldur və gördüyü işə məsuliyyət daşımır. İnstitutun fəaliyyət sahəsi üzrə perspektiv işlərin həllinə yönəlmiş planı yoxdur. Işçilərin dediyinə görə, institutun fəaliyyət göstərdiyi 20 ildən çox olan bir müddətdə institutun maliyyə-təsərrüfat fəaliyyəti ali orqanlar tərəfindən yoxlanmayıb, institutun cari işləri barədə heç bir iclas keçirilməyib. İnstitut fəaliyyət göstərdiyi müddətdən bu günə kimi Dünya Bankının Xəzəryanı ölkələrdə (Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan, İran) “Neftlə çirklənmiş torpaqların neftdən təmizlənməsi” barədə olan qrantın alınması istisna olmaqla, bir dənə də olsun gözə görünən, daha doğrusu, patent, lisenziya almağa aid layihə müəllifi olmayıb. İnstitutun adına alınmış 20-yə yaxın patentdən 2-3-ünü çıxmaqla institutun fəaliyyətinə aidiyyatı yoxdur. Bu patentlərin heç biri bu sahədə ixtisaslı mütəxəssislərin işə cəlb olunmaması səbəbindən mənimsənilməyib. 
“NQGP və K” ETİ ali təhsil müəssisəsi olmadığından təhsil pilləsi olan doktoranturaya təhkim olunma məsələsi hələ mərhum Azad Mirzəcanzadənin vaxtında həll olunmayıb. Yalnız 2011-ci ilin sentyabr ayının 12-də dissertantların təhkim olunma planı təhsil nazirinin 1521 saylı əmri ilə olub ki, bu da "Təhsil haqqında" Qanuna (maddə 8, 14.5.6, 23.2) ziddir.
"Təhsil haqqında" Qanunda (maddə 23.2) deyilir: “Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalarda həyata keçirilir”. Bu qanunundan göründüyü kimi (maddə 8.0.1) təhsil xidmətləri göstərən digər qurumlar təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi-tədqiqat institutları təhsil sisteminin quruluşuna daxildir.
Bu əmrə görə institut fəaliyyətinə heç bir aidiyyatı olmayan ixtisaslar (01.02.05 – Maye, qaz, plazma mexanikası, 25.00.37  – dəniz neftqazmədən qurğuları) üzrə ixtisaslar daxil edilib. Sonradan bu ixtisaslar üzrə Dissertasiya Şurasının institut tərkibində yaradılmasının mahiyyətcə qazanc əldə etmək üçün düşünülmüş halda olduğu müəyyən edilib.
Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatına görə riyaziyyat elm sahəsinin Mexanika bölməsinin ixtisas şifri 01.02.05 olan “Maye, qaz, plazma mexanikası” ixtisası üzrə Ali Attestasiya Komissiyasının 84 saylı 04 mart 2011-ci il tarixli əmrində bu ixtisas texnika elmləri kimi göstərilib. Bu əmrə görə Dissertasiya Şurasının tərkibi Ali Attestasiya Komissiyasının "Dissertasiya şuraları haqqında" Əsasnamənin 1.1; 1.2 və 1.3 bəndlərinə və "Təhsil haqqında" Qanunun 23.2 bəndinə ziddir. Yəni doktarantura olmayan ali təhsil müəssisəsində dissertasiya şurası təsis etmək olmaz. AAK-ın 84 saylı, 04 mart 201-ci il tarixli əmrdə riyaziyya elmləri sahəsinin Mexanika bölməsinin ixtisas şifri 01.02.05 – Maye, qaz, plazma mexanikası və Yer elmləri sahəsinin ixtisas şifri 25.00.37  – Dəniz neftqazmədən qurğuları olan ixtisaslar üzrə bir nəfər də olsa belə, elmlər doktoru və ya mütəxəssis yoxdur, həttə bu ixtisaslar üzrə İnstitutda laboratoriyalar da mövcud deyil.
25.00.37-şifri ilə olan ilk və son üç müdafiə kobud pozuntular və saxtakarlıqlarla keçib.
25.00.37 – Dəniz neftmədən qurğuları AAK-ın təsnifatına görə “Yer elmləri” sahəsinə aid olan bu ixtisas iddiaçının avtoreferatında “Texnika elmləri” üzrə təqdim edilmiş dissertasiya avtoreferatı kimi göstərilmişdir. 
Bütün saxtakarlıqlar barədə Ali Attestasiya Komissiyasına, Təhsil Nazirliyinə, Nazirlər Kabinetinə və ölkə başçısına dəfələrlə müraciət etsəm də, onların məsuliyyətsiz cavabları mənim işdən qanunsuz çıxmağıma səbəb olub. Mənə məsuliyyətsiz cavab göndərənlərin hər birini tutduğu vəzifədən, elmi dərəcə və elmi adından asılı olmayaraq istədikləri məclisdə debata dəvət edirəm. 
Bircə onu qeyd etmək istəyirəm ki, Elmira Ramazanova 20 ildən artıq İnstitutda direktor vəzifəsində çalışmasına baxmayaraq adicə kargüzarlıqdan xəbərsizdir.
Elmira Ramazanovanın digər qanuna zidd hərəkətləri barədə AR prokurorluğuna müraciət edəcəyəm".
Rahib Zeynalovun ittihamları ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.