
Yasamal Rayon Məhkəməsi ötən ilin sentyabr ayında baş vermiş avtomobil qəzası ilə bağlı bu ilin fevral ayında Günel Həsənlinin 1 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması ilə bağlı qərar verib . Professor Cəmil Həsənlinin qızı bu qərarı ədalətsiz hesab edir.
O, aldığı cəzanın atasının fəaliyyətli ilə bağlı olduğunu deyir.
Günel Həsənlinin işində zərərçəkmiş kimi Adilə İsmayılova göstərilsə də, qadın sonradan Meydan Tv-yə bildirib ki, o, ifadəsini təzyiq altında verib. (meydan.tv)