Ev qiymətinə qızıl çanta

Əl işi olan çanta zümrüdlərlə bəzədilib
Lüks maşın qiymətinə çanta hazırlanıb.  Türkiyədə 22 əyar qızıldan çanta hazırlanıb. 120 min lira qiyməti olan kiçik çanta Bursadakı tarixi Qapalıçarşıda zərgərlik mağazalarından birində nümayiş etdirilir. 
 
Zümrüdlərlə bəzədilən çanta tamamilə əl işidir. 820 qram çəkisi olan bu aksesuar ən çox ərəb turistlərin diqqətini cəlb edib. 
 
Mağaza sahibinin sözlərinə görə, bu Türkiyədə bir ilkdir və mağazanın açılışı məqsədilə hazırlanıb. "Bu qiymətə bir ev də almaq olar. Əl işi olduğu üçün qiyməti nisbətən bahadır. Çanta ilə ən çox ərəblər maraqlanır. Yerli turistlər üçün bunun əvəzinə maşın və ya ev ala biləcəklərini deyirlər. (ans)