Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) ixtisarlar davam edir. AzNews.az xəbər verir ki, dünən axşam saatlarında bu qurumun daha dörd əməkdaşının işinə xitam verilib. Məlumata əsasən, AzTV-nin bədii rəhbəri, rejissoru Etibar Babayev, televiziyada tanınmış rejissor Elnur Məmmədov və "Səhər” musiqili informasiya proqramının baş rejissoru Rəsul Ələkbərov və adı açıqlanmayan montajçı işdən kənarlaşdırılıb. Hər 4 şəxsin öz ərizəsi ilə işdən ayrıldığı deyilir.


