“Fənərbaxça” Türkiyə çempionatından imtina edir

Türkiyənin "Fənərbaxça" klubunun nümayəndəsi Dəniz Tolqa Aytörə klubun çempionatda iştirakdan imtina etdiyini bildirib. 
 
Xatırladaq ki, aprelin 4-də klubun avtobusu silahlı hücuma məruz qalıb. 
 
"İnsidentin təfərrüatları ortaya çıxmadan biz futbol oynamayacağıq. Belə şəraitdə oyunların keçirilməsi mənasızdır. Oyun üzündən insan həyatını təhlükəyə atmaq olmaz" – klub təmsilçisi bəyan edib. 
 
Qeyd edək ki, Türkiyə Superliqasında və ölkə Kubokunda oyunlar bir həftə müddətinə təxirə salınıb.