Aydın Abbasovun Türkiyəyə köçdüyü deyilir
Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu, deputat Aydın Abbasov Türkiyəyə köçüb. “Azadlıq”a daxil olan məlumata görə, Aydın Abbasov bir müddət əvvəl ailəsilə qardaş ölkəyə gedib.
Bildirilir ki, onun geri qayıtmaq niyyəti yoxdur. Aydın Abbasovun hansısa səbəbdən ölkədən getməsi barədə dəqiq bilgimiz yoxdur. Bəzi ehtimallara görə, onun gedişi Azərbaycan hakimiyyəti ilə Abbas Abbasov arasındakı münasibətlərdən qaynaqlanır.
Qeyd edək ki, “Milyarderlər Ittifaqı”nın qurulmasından sonra Abbas Abbasovla Azərbaycan hakimiyyəti arasında münasibətlər pozulub. Abbas Abbasov Ilham Əliyevə sadiq dəfələrlə bəyan etsə də, hakimiyyət onu səmimiliyinə inanmır. Rusiya ilə münasibətləri qaydasına saldıqdan sonra hakimiyyət bütün səylərini Abbas Abbasovu zərərsizləşdirməyə yönəldib. Hətta Söyün Sadıqovu da ona qarşı qoya bilib.



