Xaricdə yaşayan hüquqşünasdan mitinq çağırışı

Hollandiyada mühacir həyatı yaşayan hüquqşünas Ataxan Əbilov 5 aprel mitinqi ilə bağlı xalqa çağırış edib: 
 
Azərbaycan Avropadan çox pis görünür. Təəssüflər olsun ki, burada bir sıra dairələr xalqımızın itaətkarlığa meyyilli olması anlamındadır. "Hər bir xalq hökümətinə layiqdir" prinspinə görə bəziləri belə qənaətdədir. Düşünürəm ki, bu yanlış yanaşmadır. 1989-cu ildə milyonlarların bir bayraq altında birləşdiyini nümayiş etdirən Xalqımız hazırkı vəziyyətini özünə yaraşdırmamalıdır. Onun da demokratik bir vətəndaş cəmiyyətində yaşamasına haqqı vardır. Sabah mitinqdir. Bu həm də Xalqımız haqqında formalaşmış yanlış təsəvvürləri alt-üst etmək üçün bir şansdır. Bunun üçün bir balaca məsuliyyət hiss edib, özümüz, övladlarımız və gələcək Azərbaycan naminə meydana toplanıb, iradə ortaya qoymaq lazımdır. Bu həm də bir şərəf və ləyaqət məsələsidir. Şərəfli və ləyaqətli cəmiyyət urunda mitinqə gəl, belə bir cəmiyyətdə yaşamağa layiq olduğunu tələb et! Bu sənin, mənim, hər birimizin haqqıdır!