“Çoxdandır ki, Azərbaycana gəlmək fikrim var. Amma hələlik imkanım yoxdur. Burda o qədər iş var ki!”. Bunu Milli Şuranın fəxri sədri, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov deyib. Azərbaycandakı siyasi prosesləri izlədiyini deyən İbrahimbəyov tez-tez əlaqə saxladığı şəxsin adını da açıqlayıb.
“Azərbaycandakı siyasi prosesləri də izləyirəm. Aprelin 5-də Milli Şuranın mitinqi keçiriləcək. Mənə elə gəlir ki, “Talana son!” mitinqi çox əla mitinq olacaq. Bakıda olsaydım, mütləq ayın 5-də keçiriləcək mitinqdə iştirak edərdim. Milli Şuranın sədri Cəmil Həsənli ilə tez-tez əlaqə saxlayıram”.


