
“AzerRos”un prezidenti Mehriban Sadıqova Modern.az-a açıqlamasında həmin məktubun həqiqəti əks etdirmədiyini deyib.
“Abbas Abasovdan yazılan şikayət məktublarına nəinki Rusiya prezidenti Vladimir Putin, hətta heç kim inanmaz. Rusiyada yaşayan azərbaycanlıların Abbas Abbasovdan Putinə şikayət məktubu yazmaları həqiqət deyil. Kimlərsə götürüb çox şey yaza bilər. Elə zəmanədə yaşayırıq ki, kim nə iş görürsə göz qabağındadır. Abbas Abbasovun xalqı üçün gördüyü bütün yaxşı işlər bu vaxta kimi hamıya məlumdur”.
Mehriban Sadıqova xüsusi olaraq vurğulayıb ki, Rusiya prezidentinə belə bir məktubun yazılmasında məqsəd var.
“Çox güman ki, Azərbaycan xalqı adından Putinə şikayət məktubu yazdırmaqda xüsusi məqsəd var. Bu insanlar da Qalib və Söyün Sadıqovdur. Hətta, Qalib müəllim onun-bunun adından saxta məktublar yazıb yalançı imzalar atmağa bir növ alışıb. Azərbaycan xalqı heç vaxt Abbas müəllim haqqında əlinə qələm alıb harasa şikayət məktubu yazmaz. Buna inanmıram. Çünki Abbas Abbasovun “AzerRos”a təşkilatçılıq etməsini Azərbaycan prezidenti İlham Əliyev məsləhət görüb”.