Obamanın “uçan sarayı” FOTO

Boeing aviasiya tarixinin ən bahalı və lüks şəxsi təyyarələrindən birini istehsal edib. Təyyarə ABŞ Prezidenti tərəfindən istifadə ediləcək. Qısası, təyyarə göylərin uçan sarayıdır.
 
Boeing 747- 8 VIP, bu günə qədər istehsal edilən ən uzun mənzilli, eyni zamanda ən böyük ikinci təyyarədir. Təyyarənin dörd ədəd General Electric GENX mühərriki var və fasiləsiz 14,8 min kilometr uça bilir.
 
Təyyarənin içində lüks əşyalar olmadan sadə versiyasının qiyməti 367 milyon dollardır.
 
Təyyarənin içində istifadə edilən bütün əşyalar xüsusi materiallardan hazırlanıb, hamısı da əl işidir.
 
Təyyarənin içərisində qonaq otağı, yataq otağı, yemək otağı, iş otağı, konfrans zalları mövcuddur.