Tehran küçələrində Qərblə anlaşma bayramı FOTO

İran və dünyanın əsas gücləri sayılan altı ölkə arasında “marafon” tipli danışıqların nəticəsində uzaq perspektivli sazişin təməl çərçivəsi barədə əldə olunan razılaşma İranda əhali tərəfindən sevinclə qarşılanıb. Razılaşmaya sevinən insanlar Tehran küçələrində bayram ediblər. Lozannada keçirilən danışıqlardan qayıdan xarici işlər naziri Cavad Zərif də Tehran sakinləri tərədindən izdihamla qarşılanıb.