Rövnəq Abdullayev, Kəmaləddin Heydərov, Ziya Məmmədov işçilərini şəxsi obyektlərində dincəlməyə göndərirlər
Məmur oliqarxların gəlir mənbələrindən biri də həmkarlar ittifaqlarıdır. Onlar bu qurumlar vasitəsilə də büdcə pullarını əhəmiyyətli hissəsini mənimsəyirlər. Əldə etdiyimiz məlumata görə, mənimsələr əsasən yollayışlar(“putyovka”) vasitəsilə həyata keçirilir.
Məsələn, Dövlət Neft Şirkətinin işçilərinə hər ay yollayış verilir. Mövsüm başlayanda bu yollayışların sayı yüzlərlə olur. Və ARDNŞ-in yüzlərlə işçisi Rövnəq Abdullayevin sahibi olduğu “Relaks” Istirahət Mərkəzinə dincəlməyə göndərilir. Məlumatlara görə, xərclərin cüzi hissəsi(yol xərci) işçilərin üzərinə düşür. Qalan xərclər isə ARDNŞ-in büdcəsindən ödənilir. Bir işçinin dincəlməyi 1500-2000 manat civarında başa gəlir. Bu yerdə qeyd edək ki, Həmkarlar Ittifaqları Konfederasiyasında sanatoriyalara yollayışların minimum qiyməti 358, maksimum qiyməti isə 600 manatdır. Qiymətlər yollayışların növündən asılıolaraq dəyişir. Adi, yarımlüks, lüksÿşəraiti olan otaqlar var ki, bunlar da qiymətlərə təsir göstərir. Lakin istənilən halda dövlət balansında olan sanatoriyalar “Relaks” kimi istirahət mərkəzlərindən çox geridədir. Bu baxımdan “Relaks”a yollayışın qiyməti də sanatoriyalara nisbətən xeyli bahadır.
Beləliklə də Rövnəq Abdullayev dövlət qurumunun büdcəsindən işçilərin istirahəti üçün ayırdığı pulu elə öz obyektində şəxsi kapitalına qatır. Istisna deyil ki, daha çox pul qazanmaq üçün qiymətlər dəfələrlə şişirdilir.
Bu “biznes”lə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov və digər məmurlar da məşğul olur. Kəmaləddin Heydərovun Fövqəladə Hallar Nazirliyinin və nəzarətində olan digər dövlət qurumlarının işçilərini Qəbələdəki istirahət mərkəzinə, Ziya Məmmədov isə Qubadakı istirahət mərkəzinə yollayır. Əslində məmurların ölkənin səfalı yerlərində istirahət mərkəzləri inşa etməsinin səbəblərindən biri də budur.
Azad