İqtisad Universitetində dərəbəylik

Tələbələrdən pul qoparmaq üçün dövlət imtahanını suallarını onlara vaxtından xeyli gec veriblər

Iqtisad Universitetinin rektoru Şəmsəddin Hacıye təhsil ocağını bazara çevirib. Universitetin biznes inzibatçılığı fakultəsinin 4-cü kurs tələbələri “Azadlıq”a bildiriblər ki, dövlət imthanı ilə bağlı onları məqsədli şəkildə çətin vəziyyətə salıblar:
“Imtahanımız 30 iyundadır. Imthana hazırlaşmaq üçün dekan qış semesterinin imtahanları başlayana qədər sualları bizə təqdim etməli idi. Lakin müxtəlif bəhanələrlə suallar bizdən gizlədildi. Bir neçə dəfə bu barədə dekana müraciət etdik. Bizi əmin etdi ki, suallar may ayının 12-də veriləcək. Lakin həmin gün də sualları bizə təqdim etmək istəmədilər. Hay-küy saldıq və dekan sualları bizə verməyə məcbur oldu. 500 sual idi. Lakin sonradan bəlli oldu ki, suallar dəyişdirilib və imtahana 150 sual salınıb. Həmin sualları da bizdən gizlətməyə çalışdılar. Lakin güc-bəla ilə aldıq. Sonradan bizə bəlli oldu ki, sualları gec verilməsinin səbəbi bizdən dövlət imtahanında xeyli pul qoparmaq olub. Artıq universitet rəhbərliyini bu niyyətini tələbələrə açıqlayıb. Qiymətlər çox bahadır. Dövlət imtahanı ilə diplom işi üçün biz 1500 manatdan çox pul verməliyik”.

Informasiya şöbəsi