Nemət Əliyev: «O, imitasiya xarakteri daşıyır»
Azərbaycanda bazar sektorunda haqsız rəqabətlə bağlı qaydalar sərtləşdirilir, yeni sanksiyalar tətbiq olunur.
Milli Məclisdənÿ verilən məlumata görə, bununla bağlı “Haqsız rəqabət haqqında” qanunun 12-ci (Maliyyə sanksiyaları) maddəsinə əlavə və dəyişikliklər edilir.
Maddənin birinci hissəsinə edilən dəyişikliyə əsasən, artıq tək “bazar subyektlərində qanunsuz əldə olunmuş gəlir” aşkarlandıqda yox, “ümumiyyətlə, haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlir” aşkarlandıqda, iki misl həcmində maliyyə sanksiyası tətbiq ediləcək.
Bundan başqa, maddəyə yeni bənd də əlavə edilir. Yeni bəndə görə, “Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası ”Icra haqqında" qanuna əsasən icra məmurları tərəfindən həyata keçirilir".
Layihə ÿMilli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 3-də müzakirəyə çıxarılacaq.
Iqtisadçı-ekspert Nemət Əliyevin qənaətincə, qanuna dəyişiklik edilməsi real həyatda konkret müsbət dəyişikliklərin baş verməsi anlamına gəlmir. Ekspertə görə “Rəqabət haqqında qanun”da hansısa dəyişiklik də nəyisə dəyişməyəcək:
“Bir sıra qanunlar var ki, işləmir, onlara məhəl qoyulmur. Hətta ”Rəqabət haqqında qanun"da hansısa dəyişiklik baş veribsə, onun ölkənin real həyatına hansısa formada təsiri olacağını düşünmürəm. O cür təkliflər beynəlxalq təşkilatlar, biznes strukturları qarşısında işlərinə yaramaq məqsədilə verilib və imitasiya xarakteri daşıyır".
Nigar


