İstanbul Baş Polis İdarəsinə silahlı basqın FOTO

İki polis yaralandı
 
İstanbul valiliyindən verilən məlumata görə, ölən terrorçu qadın olub, üzərindən silah və bomba tapılıb. Yaralı terrorçu isə hadisə yerindən qaçıb. Lakin çox keçməmiş polislər onu yaxalayıblar. Hazırda polis idarəsinin yerləşdiyi küçədə nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə xeyli sayda insan toplaşıb. Terrorçuların əraziyə Aksaray istiqamətindən mikroavtobusla gəldiyi bildirilir. Hazırda içərisində polislərin olduğu vertolyot ərazidə kəşfiyyat uçuşu aparır.
 
***
 
Bir neçə dəqiqə əvvəl İstanbulda Baş Polis İdarəsinə silahlı basqın olub. Vətən küçəsində yerləşən binanın önündə qəfildən silah səsləri eşidilib. İki nəfər basqınçı polis idarəsini mühafizə edən polislərə atəş açıb. Polis qarşılıq verərək kimliyi bəlli olmayan basqınçıları silahla vurub. Onlardan birinin öldüyü, digərinin yaralandığı bildirilir. Hadisə nətiсəsində iki polisin də yaralandığı qeyd olunur.
 
Mövzunu davam etdirəсəyik.
 
 
 
 
Gültəkin