ABŞ-da «selfiə» çəkmək üçün xüsusi ayaqqabılar istehsal edilib. «Miz Mooz» brendi altında istehsal olunan ayaqqabılar yalnız qadınlar üçün nəzərdə tutulub. Ayaqqabıların önünə mobil telefonları yerləşdirmək və rahat şəkildə çəkiliş aparmaq olar. «Selfie Shoes ("Selfiə-ayaqqabı") adını daşıyan yeni məhsul aprelin 2-dən satışa çıxarılacaq, qiyməti də 199 dollar olacaq. İstehsalçı şirkətdən bildiriblər ki, «selfiə çubuqları»ndan fərqli olaraq bu ayaqqabılarla şəkil çəkmək daha rahatdır. Qeyd edək ki, son vaxtlar bir çox yerlərdə «selfiə çubuqları»nın istifadəsinə qadağa qoyulub. Buna səbəb çubuqların ətrafdakı insanlara mane olması və yaxınlıqdakı əşyalara zərər verə bilmə ehtimalıdır.
Gültəkin