Ukrayna Baş Prokurorluğu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini ekstradisiya etməkdən imtina edib. Ukrayna saytlarının məlumatına görə, buna səbəb kimi onun siyasi motivlər əsasında təqib edildiyi bildirilir. Prokurorluqdan bildiriblər ki, M.Saakaşvilinin ekstradisiyası 1950-cı il insan haqları və əsas azadlıqların qorunması haqqında Konvensiyanın tələblərinə ziddir.