Bakı Beynəlxalq Avtovağzalında bir nəfər dünyasını dəyişib. Qəfildən ölən şəxs 46 yaşlı kişi olub. Sonradan onun kimliyi də müəyyənləşib. Ölən Sabirabad rayon sakini, 1969-cu il təvəllüdlü Taryel Ağaməmmədov olub. Onun ölümünə səbəb kimi ürəkçatışmazlığı göstərilir. T.Ağaməmmədov gözləmə zalında vəfat edib. (Qafqazinfo)


