Ərdoğanın oğlu 2 universitet açacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan 2 universitet yaradır.Sözcü.com.tr saytının məlumatına görə, Türkiyə parlamenti bu barədə qanunu təsdiqləyib. Bilal Ərdoğanın rəhbərliyi etdiyi qeyri-hökumət təşkilatları İbn-i Haldun və İstinye adlanan iki universitet quracaq. Hər iki universitetdə humanitar fakültələrin üstünlük təşkil edəcəyi bildirilir.
 
Universitetlər yaradıldıqdan sonra prezident Ərdoğan tərəfindən hər iki ali təhsil ocağına rektorlar təyin ediləcək.