Vəkil Elçin Sadıqov deyib ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Eldəniz Quliyev iştirak etməyib: “Hökmü dəyişdirilmədən qüvvədə saxlanıldı. Növbəti addım kimi Ali Məhkəməyə şikayət veriləcək. Şikayətimiz təmin olunmasa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”.
Oktyabrın 30-da Nəsimi rayon Məhkəməsi Eldəniz Quliyevi təhqir və böhtanda təqsirli bilərək onu 480 saat müddətində ictimai işlərə və 1000 manat cəriməyə məhkum edib. Qərar daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında iddiası əsasında çıxarılıb.


