Bakıda 36 yaşlı kişi ofisdə özünü yandırıb. Hadisə Nəsimi rayonu ərazisində baş verib. Bir neçə avtomobili cərimə meydançasına aparılan şəxs buna etiraz edib. Cəlilabad rayon sakini 1979-cu il təvəllüdlü Niyaməddin Fərəcov Füzuli 53-də yerləşən Evakuator xidmətinin ofisinə gələrək avtomobillərinin evakuatorla götürülməsinə irad bildirərək üzərinə benzin töküb yandırıb. N.Fərəcov 3-cü dərəcəli yanıq xəsarəti ilə 5 saylı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)


