Krımda tatar televiziyası bağlanır

Ukraynanın anneksiya olunmuş Krım yarımadasında Krım tatarlarının dilində olan yeganə televiziya kanalı bağlanır.
 
ATR kanalının rəhbəri Lenur Islyamov martın 31-də jurnalistlərə deyib ki, Rusiyanın media tənzimləyicisi Roskomnadzor ATR-in Rusiya qanunvericiliyinə uyğun qeydiyyatından imtina edib, xeyli texniki səbəb göstərib.
 
Qeydiyyat üçün son tarix isə martın 31-də bitib. Kanal Ukrayna lisenziyası ilə işləyirdi.
 
Islyamov deyib ki, telekanalın Krımı tərk etmək, Ukraynanın başqa bir yerindən yayımlanmaq planı yoxdur.
 
100-dək Krım tatarı martın 31-də ATR-in ofisinə gəlib, dəstəyini bildirib.
 
Amnesty International tatar dilində yeganə kanalın bağlanmasını azad medianın susdurulması, Krımda tatar icmasının qorxudulması cəhdi kimi dəyərləndirib.
 
Krımda tatarlar əhalinin 10 faizini təşkil edir. (azadliq.org)