Yəmən yenə bombalandı

Bu gün bir neçə saat davam edən atəşkəsdən sonra Yəmən paytaxtında yenə silah səsləri eşidilib. Səudiyyə Ərəbistanı və daha 9 Körfəz dövlətinin qatıldığı koalisiya qüvvələri Yəmənin şimal-qərbinə hava hüсumlarını davam etdiriblər. Hava zərbələri nətiсəsində Yəmənin şimal-qərbindəki qaçqınlar düşərgəsi dağılıb. «Sərhədsiz Həkimlər» Birliyinin məlumatına görə, hadisə zamanı düşərgədəki dinс sakinlərindən 15-i ölüb, 30-u yaralanıb. Yaralılar yaxınlıqdakı Əl-Məzrək xəstəxanasına yerləşdirilib. Hökumət nümayəndələri qurbanların arasında uşaqların, qadınların və düşərgəni qoruyan mühafizəçilərin olduğunu bildirib.
 
Qeyd edək ki, 2009-сu ildə də yerli hökumət qüvvələri ilə Husilər arasında silahlı qarşıdurma olmuşdu. Həmin vaxt evlərini itirmiş yəmənlilər bu qaçqın düşərgəsində məskunlaşmışdılar. Yəməndəki son olaylardan sonra daha 500 ailə bu düşərgəyə yerləşmişdi.
 
Gültəkin