


Vladimir Putinin qarajında olan başqa bir avtomobil isə VAZ 2121 "Niva-Rıs"dır.


Putinin məşhur “Zaporojets” avtomobili isə ona ailəsindən qalıb. Özünün dediyinə görə, ZAZ-966 markalı avtomobili anası lotereyada udub. Rusiya prezidenti
onda 3-cü kursda oxuyub. “Zaporojets”i satmayıb, ona veriblər.

Rusiya prezidentinin əsas iş avtomobili isə zirehli “Mercedes-Benz S600 Guard” limuzinidir. Bu avtomobil sedan S600-ün əsasında düzəldilib. Adi versiyadan fərqli olaraq onun təkər bazası 4,31 m-ə qədər uzadılıb.


Vladimir Putin ölkə ərazisində səyahətlərə isə "Mercedes-Benz Sprinter” avtomobili ilə çıxır.

Putin 28 avqust 2010-cu il tarixdə Xabarovsk-Çita yolunu yeni “Lada Kalina Sport” avtomobilində qət edib.
