İntihar edən şagird prokuror qızı imiş

Gəncədə baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, “Mahrasa bağı” adlanan ərazidə özünü çoxmərtəbəli binadan ataraq intihar edən Fəridə Məmmədova Goranboy rayonunun prokuroru Fuad Məmmədovun qızıdır. 11-ci sinifdə oxuyan qız özünü 13-cü mərtəbədən ataraq öldürüb.
 
Qeyd edək ki, F.Məmmədovanın ayağının sürüşərək 13-cü mərtəbənin pəncərəsindən yıxılması ehtimalı da var. Araşdırmalar davam etdirilir.
 
***
11:40
 
Gəncədə 11-ci sinif şagirdi özün hündürmərtəbəli binadan ataraq intihar edib. APA-nınb qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin “Mahrasa bağı” adlanan ərazisində yerləşən hündürmərtəbəli binada baş verib.
 
Orada yaşayan 11-ci sinif şagirdi Fəridə Fuad qızı Məmmədova binanın 13-cü mərtəbəsinin eyvanından özünü ataraq intihar edib.
 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.