“Azərsu”nun anbarında qəza

Binəqədi rayonunun 7-8-ci mikrorayonlarında dünəndən bəri su yoxdur. “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının Lent.az-a verdiyi məlumata görə, qurumun  Binəqədi r-nu 9-cu mikrorayonda yerləşən anbarından digər ərazilərə ötürülən su xətlərində qəza baş verib.
 
“Azərsu” rəsmisinin sözlərinə görə, hazırda qəzanın aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Gün ərzində qeyd olunan əraziyə su verilməsi bərpa ediləcək.