Yəmən prezidenti Misirdə üzə çıxdı

Ölkəsini Husilərin hücumundan qorxaraq tərk edən Yəmən prezidentinin Misirdə olduğu məlum olub. Yəmən prezidenti Mənsur Hadi, Misirdə keçiriləcək Ərəb Birliyi toplantısına qatılmaq üçün Səudiyyə Ərəbistanından Şarm Əl-Şeyx şəhərinə gəldiyi bildirilir. İki gün davam edəcək toplantıdan sonra Hadinin ölkəsinə qayıdıb qayıtmayacağı isə hələlik məlum deyil.
 
azadliq.info