“Ermənistanla münasibətlərimizin normallaşması üçün ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilməlidir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalına müsahibəsində deyib. O qeyd edib ki, Yerevan qonşu ölkələrlə münasibətləri barədə düşünməlidir: “Ermənistanın İranla enişli-yoxuşlu əlaqələri var. Bizimlə münasibətləri də göz qabağındadır. Ermənistan həmişə hadisələrə bir tərəfli baxır”.
ABŞ-ın “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə gəldikdə isə nazir qeyd edib ki, ümid edir, Vaşinqtonun mövqeyində dəyişiklik olmayacaq.
Amma əgər ABŞ-ın mövqeyi dəyişsə bu, ikitərəfli münasibətlərə təsir edə bilər (apa).


