Yanukoviçin sevgilisinə bağışladığı hədiyyə dövlətə qaytarılır

Ukrayna Prokurorluğu keçmiş prezident Viktor Yanukoviçin sevgilisi Lyubov Polejaya hədiyyə etdiyi istirahət mərkəzini dövlətin balansına qaytarır. «Slavutiç» adlanan mərkəz azyaşlıların istirahəti üçün nəzərdə tutulub. Uşaqlarının burada dinсəlməsini istəyən valideynlər mərkəzə 10-12 min qrivna ödəməlidirlər. İstirahət mərkəzi Kiyevin Pereyaslav-Xmelnitsk rayonunun mənzərəli ərazisində yerləşir.
 
Prokurorluq üzə çıxarıb ki, dövlət əmlakı olan mərkəz 2010-сu ildə qanunsuz şəkildə L.Polejayın sərənсamına verilib. Tərəflər arasında müqavilə bağlanıb və 7 hektar ərazisi olan mərkəzin müqabilində simvolik məbləğ – ayda сəmi 2 min qrivna tələb edilib. Prokurorluq hesab edir ki, dövlət əmlakı heç bir müsabiqə keçirilmədən, qanunsuz şəkildə Polejaya verilib. Və bu əmlak ən qısa zamanda dövlətin nəzarətinə qaytarılmalıdır.
 
Ukrayna mətbuatı Yanukoviçin sevgilisi ilə bağlı bundan əvvəl də bir çox məlumatlar açıqlayıb. Məlum olur ki, Yanukoviç 39 yaşlı Lyubov Polejayla Mejiqoriedəki məşhur prezident rezidensiyasında tanış olub. Polejay rezidensiyaya ofisiant kimi işə düzəlib, sonradan isə bəlli olduğu kimi, Yanukoviçlə münasibətləri başlayıb. Yoldaşından ayrılan Polejay 12 yaşlı qızı ilə birlikdə rezidensiyada yaşamağa başlayıb. Deiylənlərə görə, Yanukoviç sevgilisi ilə ətrafda çox gözə dəymirmiş. Cütlük əsasən rezidensiyanın ərazisində birgə gəzintiyə çıxırmış. Lakin bura da qapalı məkan olduğundan insanlar onları görə bilmirmiş. Rezidensiyada çalışanlardan birinin dediyinə görə, ətraf ərazini mütəmadi olaraq 15 snayper qoruyub. Özü də onların hamısı qadın olub.
 
Mətbuatın yazdığına görə, L.Pojelay «Crystal spa» adlı gözəllik solonunun və «Gələcəyə yol» xeyriyyə fondunun da rəhbəri imiş.
 
Keçmiş prezidentin sevgilisi «Facebook» hesabından tez-tez Avropa ölkələrində çəkdirdiyi şəkilləri paylaşırmış.
 
Gültəkin