
“Xarici İşlər Nazirliyinin rəsmiləri tələb edirdi ki, onların istədiyi – doğru olmayan xəbərləri verək, istəmədikləri xəbərləri dərc etməyək”. Motaqi Lozannadan AzadlıqRadiosuna telefonla danışıb.
Onun sözlərinə görə İnqilab Keşikçiləri Qvardiyasına (IRGC) bağlı xəbər agentliklərindən də onlara təzyiq göstərilib.
31 yaşlı Motaqi deyir ki, belə “aşkar müdaxilə” onun yerli mediada fəaliyyətini dayandırmağa məcbur edib, o, “həqiqəti demək və söz azadlığını müdafiə etmək istəyir”.
Mətbuat azadlığı qurumları İranda jurnalistlərin sərt rəsmi və qeyri-rəsmi senzuraya məruz qaldığını bildirir.
Hazırda Lozannada İranla altı dövlət arasında danışıqlar gedir.