“İran və terrorçu qruplar Yəməndən çəkilməlidir”

Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan ərəb ölkələrinin Yəmənə qarşı başladığı hərbi əməliyyata dəstək verib. "France 24" kanalına danışan Ərdoğan Yəməndə baş verənlərdə İranı günahlandırıb: "İran və terrorçu qruplar Yəməndən çəkilməlidir".

Ərdoğan həmçinin, Türkiyənin Yəməndə Husilərə qarşı başladılan əməliyyata lojistik dəstək veriləcəyini deyib.

Ərdoğan İranın İraqdakı rolu üçün belə deyib: "İran Mosulda İŞİD-in yerini almamalıdır".

Kürd probleminin həlli ilə bağlı sualı cavablandıran Türkiyə prezidentini Şimali İrlandiya da oduğu kimi PKK ilə qarşıdurmalara getməyəcəklərini bildirib (ans press).