Səfirliyin mühafizəçiləri döyüldü

Bakıda diplolamtik nümayəndəliklərin mühafizə taborunun əməkdaşları döyülüb. Hadisə Nəsimi rayonu, 20 Yanvar küçəsində baş verib.
 
Qobustan rayon sakini 1982-ci il təvəllüdlü Bəhruz İsayev və Şamil adlı şəxs Daxili İşlər Nazirliyi Diplomatik Nümayəndəliklərin Mühafizəsinin polis kiçik serjantları 1990-cı il təvəllüdlü Famil Hüseynov və 1989-cu il təvəllüdlü Elçin Əsgərovu döyüb xəsarət yetiriblər. (Qafqazinfo)