Husilərin liderinin öldürüldüyü bildirilir

Səudiyyə və Körfəz müttəfiqlərinin Yəmənə endirdiyi hava zərbələri nəticəsində Husilərin lideri Əbdülməlik Əl-Hüseynin evinin yerlə bir edildiyi bildirilir. Misirin "Şərq El- Avsat" qəzeti Səudiyyə qaynaqlarına istinadən verdiyi xəbərdə, evə endirilən hava zərbələri nəticəsində Husi liderinin öldüyü  də iddia olunur. Xatırladaq ki, Səudiyyə Ərəbistanının başçılığı altında başlanan əməliyyata, Misir, Mərakeş, İordaniya, Sudan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Bəhreyn hər cür hərbi dəstək verəcəklərini bildiriblər.
 
azadliq.info