ABŞ-da qasırğa: ölən və yaralananlar var

ABŞ-ın Sand-Sprinqs şəhərində (Oklahoma ştatı) baş verən qasırğa nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərdə qismən və yaxud tamamilə 30-dan çox tikili dağılıb.
 
Oklahoma ştatının bir sıra şəhərlərində elektrik enerjisi təchizatı pozulub. Oklahoma-Siti və Tals şəhərlərində 40 min nəfər işıqsız qalıb, yollar bağlanıb.
 
Qeyd edək ki, meteoroloqlar qasırğanın fəsadlar törədəcəyi barədə əhalini əvvəlcədən xəbərdarlıq etmişdilər.