Hələbdə Türkiyəyə məxsus pilotsuz təyyarə vurulub

Rusiya rəsmi xəbər agentliyi "Sputnik"in məlumatına görə, Suriya ordusu Hələb yaxınlığında bir pilotsuz təyyarə vurub. Təyyarənin Türkiyəyə aid olduğu haqda məlumatı isə Suriyanın "El Vatan" qəzeti yayıb. Xəbərdə, təyyarənin kəşfiyyat uçuşu etdiyi bildirilir. Hökumət qüvvələrinin verdiyi məlumata görə, kəşfiyyat nəticəsində toplanan məlumatların sonradan Əsəd əleyhdarlarına ötürülməsi ehtimal olunur.
 
azadliq.info