Suriyalı müxaliflər, prezident Bəşər Əsəd rejiminin nəzarətində olan tarixi Busra əş-Şam qəsəbəsini və ətrafını ələ keçirib. İordaniya sərhədində yerləşən bu qəsəbə, Əsədin İordaniya sərhəddində son qalası hesab olunur. Dera şəhərində yerləşən Busra əş-Şam qəsəbəsi 4 gün boyunca davam edən qarşıdurmalardan sonra Suriyalı müxaliflərin nəzarəti altına keçib. YUNESKO-nun Dünya Mirasları siyahısında olan Busra qəsəbəsi, Suriya hakimiyyəti üçün son dərəcə strateji bir ərazi sayılırdı. azadliq.info


