Azərbaycanlı müğənnini meşədə soyundurub döydülər

"Onu meşədə qoca bir kişi tapıb, polisə gətirib” 
 

“Yeni ulduz” yarışmasının yadda qalan iştirakçılarından olan müğənni Vüqar Muradovun başına iş gəlib. Lent.az-ın məlumatına görə, “Adam içində” verilişinə qonaq olan jurnalist Tahirə Məmmədqızı bildirib ki, V.Muradov Moskvada döyülüb: “Vüqara beh verərək Moskvaya toya dəvət ediblər. Onun gediş-gəliş biletləri də alınıb. Moskvada 7-8 nəfər silahlı adamlar qarşılayıb, maşınla aparıb meşədə soyundurub döyüblər. Daha sonra meşədə qoca bir kişi onu tapıb, polisə gətirib”.