
Gürcustanın paytaxtı Tbilisidə SOCAR-ın yanacaq məntəqəsinə silahlı hücum olub. Hadisə gecə vaxtı Quramişvili küçəsində baş verib. Şahidlərin verdiyi məlumata görə, hücumda bir neçə şəxs iştirak edib. Onlar məntəqənin menecerini və operatorunu yaralayıblar. Yaralananların çoxlu qan itirdiyi bildirilir.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb və bir nəfər həbs olunub.
azadliq.info


